Dənizkənarı Bulvardan bir neçə dəqiqəlik məsafədə yerləşən kafe, Bakının məşhur Fəvvarələr Meydanı ərazisindəki yeni bir əyləncə məkanıdır. Hard Rock Cafe Baku 20-ci əsrin ortalarında Azərbaycan Kinoteatrı adı ilə tanınan binada yerləşir. Bina 1350 m2 sahəyə (açıq terras daxil olmaqla) malikdir və ümumi tutumu 400 yerdir.
İkonik restoran, dünyaca məşhur Legendary® Burger, klassik salatlar və xüsusi kokteyllər və Amerika mətbəxinin digər təamlarını təqdim edir. Hard Rock'da nahar və ya şam yeməyinə gəldikdə fərqli bir şey yaşamağa hazır olun.
Görülən İşlər:
- Fon musiqi sistemi
- Professional səs sistmei
- Şou işıqlandırma sistemi
- Video distribusiya və görüntü sistemləri
- AV İdarəetmə sistemi
- Truss sistemi
- Akustik konsaltinq və ölçmələr