Layihələrimiz

The Merchant Baku

The Merchant Baku vaxtilə Xəzər Dəniz Gəmiçiliyinin yerləşdiyi möhtəşəm, tarixi binada yerləşir. 1858-ci ildə inşa edilmiş təkrarolunmaz memarlıq sənəti, Azərbaycan tarixinin ən dinamik və vacib dövrlərindən birini əks etdirir. Bakının tam mərkəzində yerləşən otel sizin üçün susuzluğunuzu yatırtmağa və ağız dadınıza uyğun təamları dadmağa imkan verəcək bir şəhər vadisi olacaq. Bu möhtəşəm, yeni otel bir çox orijinal xüsusiyyətlərə malik müasir və çağdaş dizaynı, o cümlədən bir vaxtlar Xəzər dənizində üzən köhnə tacir gəmilərinin daş üzərində son dərəcə təsirli rəsmlərini özündə cəmləşdirir. Ənənəvi Azərbaycan xalçaları ilə örtülmüş mərmər döşəmələr nəfis işlənmiş vintaj mebellərlə tamamlanır və bu, zərif və eyni zamanda məhrəm mühit yaradır. “The Merchant”, Bakının ən eksklüziv və cəlbedici otellərindən birinə çevrilməyə israrlıdır. Sadə, eyni zamanda zövqoxşayan, müasir və qonaqpərvər “The Merchant” ikinci eviniz olacaqdır.

Görülən İşlər:

- Ümumi məkanlar üçün fon musiqi sistemi
- Restoran üçün fon musiqi sistemi
- Restoran üçün canlı musiqi sistemi